Главная > Qarabağ > Aprel döyüşlərinin ildönümünə həsr olunan mərasim keçirilib-FOTOLAR-VİDEO

Aprel döyüşlərinin ildönümünə həsr olunan mərasim keçirilib-FOTOLAR-VİDEO


15-04-2017, 21:11.

Bu gün Aprel döyüşlərinin ildönümünə həsr olunan mərasim keçirilib.Uluyol.info xəbər verir ki, tədbirdə Azərbaycan Prezident Administrasiyasının, Milli Məclis və Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin cəbhəboyu zonada yerləşən bəzi rayonların icra hakimiyyəti başçıları, aprel döyüşlərinin iştirakçıları, şəhid ailələri, veteranlar və digər qonaqlar iştirak edib.


Azərbaycan-Ermənistan münaqişəsi haqqında danışılıb. Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğu vurğulanıb.

Mərasimdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. Aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş, hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar nümayiş etdirmiş şəxsi heyətin təltif edilməsi haqqında Müdafiə nazirinin əmri oxunub. Döyüşlərdə fərqlənən hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim olunub.


Sonda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar İncəsənət Xadimi, Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbaninin vətənpərvərlik mövzusunda yazdığı şeirlərə bəstəkar Azad Zahidin bəstələdiyi mahnılar əsasında hazırlanmış "Aprel zəfəri - 2016” ədəbi-musiqili kompozisiya təqdim edilib.

Mərasim maraqlı məqam yaşanıb.Beləki, general-polkovnik Zakir Həsənov bu dəfə hərbi salamı səhv verib.Təltifetmə zamanı papaqsız hərbi salam verilib.Tədbirin ağırlığı, döyüş zamanı müxtəlif bədən xəsarətləri alan şəxslərlə görüşərkən belə bir səhv anlaşılandı.Hər halda nizamnamə qaydaları kobud pozulmuşdur.


Xatırladaq ki, 2014-cü ildə general-polkovnik Zakir Həsənovun ölkəmizə səfər edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özellə Fəxri Xiyabanı ziyarət edərkən verdiyi hərbi salam qalmaqala səbəb olmuşdu.

672

P.S. Müdafiə nazirliyində nazir dəyişikliyi zamanı hərbi xidmətdə idim.Sözün həqiqi mənasında 180 dərəcə dönüş olmuşdu.Baxmayaraq ki, hər gün hərbi təlimlər, əsgərlərin döyüş hazırlığı üçün idman saatları, paliqonlar bizi bir az yorurdu. Amma dəyərdi, dəydidə.

Ehtiyatda olan topçu kimi ötən ilin aprel ayında Xankəndini vurmaq əmrini ərtələyən nazirin bu əmri yaxın zamanda verəcəyi, və Bizlərdə Vətən torpaqlarının bütövlüyü uğrunda şəhidlik məqamı üçün yarışacağımız günün arzusunda, həsrətində...

Allah Azərbaycan əsgərini qorusun.

Saday Fərəcov, uluyol.info


 


Вернуться назад