Главная > İqtisadiyyat > Yumurta iki dəfə bahalaşdı – VİDEO

Yumurta iki dəfə bahalaşdı – VİDEO


13-04-2017, 21:18.

Amma onun da ölçüsü çox balacadır

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşıb.Uluyol.info Xezerxeber.az-a istinadən xəbər verir ki, indi yumurta 13-14 qəpiyə satılır.

Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.

Respublika Quşçular Cəmiyyətindən verilən məlumata görə, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır. Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma olub. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdı

 


Вернуться назад