Главная > Kriminal > Həmkəndlisini öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edildi

Həmkəndlisini öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edildi


13-04-2017, 22:25.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Məhhərəmov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi G.Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

G.Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

 


Вернуться назад