Главная > İdman > “Barselona”da təcili toplantı – gərginlik var

“Barselona”da təcili toplantı – gərginlik var


13-04-2017, 22:36.

"Barselona”da futbolçularla baş məşqçisi Luis Enrike arasında narazılıq daha da artıb.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, bu gün səhər Enrike oyunçuları ilə təcili toplantı keçirib. İclasda komandanın Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Yuventus”a 0:3 hesablı məğlubiyyəti müzakirə edilib.

Bildirilir ki, Luis Enrike futbolçulardan növbəti matçda ən azı dörd qol vuraraq yarımfinala çıxmağı tələb edib.

İspaniya mediası baş məşqçi ilə futbolçular arasındakı münasibətlərin gərgin olduğunu iddia edib.


 

Uluyol.info
Вернуться назад