Главная > Qarabağ / GÜNDƏM > Ermənistan ordusunun təlimi Ağdamda evlərdə çatlar yaradıb

Ermənistan ordusunun təlimi Ağdamda evlərdə çatlar yaradıb


13-04-2017, 18:15.

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməkdə davam edir. Ən az ayda bir dəfə keçirilən hərbi təlimlər getdikcə təmas xəttinə daha da yaxınlaşır. Bu gün də səhər saatlarında başlayaraq cəbhə xətti boyunca Ağdam, Ağdərə və Füzuli istiqamətlərini hərbi təlimlər keçirilib.

 

Uluyol.info cebhe.info-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan ordusunun keçirdiyi hərbi təlimlər cəhbə boyu yaşayış məntəqələrindən açıq şəkildə görünüb. Düşmən ordusu keçirdiyi təlimlərdə əsasən ağır artilleriyadan istifadə edib.

 

Bu da cəbhə boyu yerləşən yaşayış məntələrində torpaq titrəməsi və evlərdə çatlarla müşayət olunub. Təlimlərdəki artilleriya silahlarının səsi və torpaq titrəyişi hətta hazırda Ağdam rayonunun mərkəzi hesab olunan Quzunlı qəsəbəsində də hiss edilib.

 


Вернуться назад