Главная > Dünya > İŞİD-in 3 komandiri məhv edildi

İŞİD-in 3 komandiri məhv edildi


8-04-2017, 19:12.

İraqın hərbi kəşfiyyatı Mosulda İŞİD terror qruplaşmasının Rusiyadan olan iki komandirinin məhv edildiyini xəbər verib.

Bu barədə "Alsumaria" telekanalı məlumat yayıb.


Kəşfiyyatçılar bildiriblər ki, terrorçular ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələrinin Mosulun qərbinə endirdikləri zərbə zamanı öldürülüblər.


"Hərbi Kəşfiyyat İdarəsinin xəbərinə görə, beynəlxalq koalisiya Mosulun qərbində İŞİD-in əcnəbi əsilli bir neçə komandirini daşıyan avtomobilə zərbə endirib" - deyə telekanal bildirib.


Məlumata görə, hava zərbəsi nəticəsində əslində terror qruplaşmasının 3 komandiri öldürülüb. Onlardan biri - Əbu Hüzeyfə rus, "Əbu Tamar" isə çeçen əsillidir.


Lakin öldürülmüş daha bir İŞİD komandiri əl- Mətyutinin milliyyəti açıqlanmır.//report

 


Вернуться назад