Главная > Türk Dünyası / Ümumi > Tükmən gənclərdən Kərkükdə NƏHƏNG BAYRAQ-FOTOLAR

Tükmən gənclərdən Kərkükdə NƏHƏNG BAYRAQ-FOTOLAR


8-04-2017, 23:30.

Kərkükün Qüds prospektində tələbə gənclər nəhəng bayraq asdılar.Uluyol.info xəbər verir ki, türkmən gənclərin Kərkükün Mərkəz prospekti olan Qüdsdə Universitetin binası önündə böyük bayraq hazırlayaraq dalğalandırmağı başarmışlar.Tükmən tələbələr bununlada ətraf yerlərdəndə bayrağın görünməsinə nail olmaqla yanaşı, bütün məhəllə və prospektlərdə də anoloji aksiyalar təşkil edəcəklərin bildirmişlər.Bundan öncə də Kərkükün girişinə nəhəng bayraq asmışdılar.

Xatırladaq ki, Kərkük Bölgə Məclisi bölgədəki bütün rəsmi idarələrin yanında İraqla yanaşı İraq Kürd Muxtar Vilayətinin də bayrağının asılması haqqında qərar qəbul edib.


 

Qeyd edək ki, İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.Qərardan sonra Türk dünyasında etiraz aksiyaları keçirilmiş, qərarın ədalətsiz, etnik təmizləmə və yerli türkmənlərə qarşı siyasi təzyiq kimi qiymətləndirilib.

Uluyol.info, Tural İNTİQAM

 


Вернуться назад