Главная > Ümumi > Rusiya Ermənistanda hərbi təlimlər keçirir

Rusiya Ermənistanda hərbi təlimlər keçirir


6-04-2017, 12:59.

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasında xidmət edəntəyyarəçilərin Radio-Lokasiya Stansiyasının hesablaması üzrə təlimlərikeçirilir.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, təlimə 200-dən çox hərbçi, 50-yə yaxın qırıcı və xüsusi hərbi texnika, o cümlədən "MiQ-29” qırıcısı, "Mi-24” helikopteri, "Mi-8MT” hərbi-nəqliyyat helikopteri, "ZRS S-300V” və "ZRK Buk-M1-2” zenit-raket kompleksləri, eləcə də "Terek” adlı "P-18” radiolokasiya stansiyası da cəlb edilib.

Təlimə Ermənistan hərbçiləri də qatılıb.

 


Вернуться назад