Главная > Mənəviyyat > Gözdən əlillər üçün smart əlcək

Gözdən əlillər üçün smart əlcək


3-01-2016, 20:48.

Gözdən əlillər üçün smart əlcək

Anadolu Universitetinin (AU) Mühəndislik Fakültəsi Elektrik Mühəndisliyi şöbəsinin tələbəsi Erhan Akan, gözdən əlillər üçün əl və barmaq hərəkətlərini, sensorlar və kompüterin köməyi ilə yazıya çevirə bilən ağıllı əlcək icad edib.

Dunyamedia.az xəbər verir ki, 4-cü kurs tələbəsi olan Erhanın "Ağıllı Əlcək " adlı layihəsi çərçivəsində təkmilləşdirildiyi smart əlcək gözdən əlillər üçün bir növ klaviatura rolunu oynayacaq.

Əlcəyin bütün barmaqlarınının üzərində olan sensorlar vasitəsilə əl və barmaq hərəkətləri kompüterə köçürülür. Əl və barmaq hərəkətlərini oxuyan xüsusi bir proqram vasitəsilə isə kodlaşdırılmış hərflər asanlıqla yazıya köçə bilir.


Вернуться назад