Главная > Mövqe > Britaniya: “İrana qarşı ittifaqa ehtiyacımız var”

Britaniya: “İrana qarşı ittifaqa ehtiyacımız var”


5-04-2017, 20:21.

Biz İranın fəaliyyətindən region dövlətlərinin narahatlıq keçirdiyini bilirik.

Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Ər Riyad” qəzetinə müsahibəsində Britaniya Baş naziri Tereza Mey söyləyib. O, Britaniyanın İranın Yəməndəki fəaliyyətinə göz yummayacağını bildirib:

"İranın 10 il nüvə silahı əldə etməsinə mane olacaq müqavilə imzaladıq. Nəticədə İran zənginləşdirilmiş nüvə ehtiyatlarını 20% azaltdı. Bu, regionun təhlükəsizliyi üçün çox vacibdir. Lakin bizim İranın Suriya, İraq, Livan və digər yerlərdə apardığı düşmən fəaliyyətlərinə qarşı mübarizə üçün iş birliyinə ehtiyacımız var. Biz Körfəz ölkələrinin İranın onların daxili işlərinə müdaxiləsinə qarşı mübarizəni dəstəkləyirik”.



Вернуться назад