Главная > Kriminal > Balakəndə iki uşaq atası özünü asıb

Balakəndə iki uşaq atası özünü asıb


4-04-2017, 23:20.

Balakən rayonunda yerli sakin özünü asıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaysa kəndində baş verib.
Kənd sakini, 50 yaşlı iki uşaq atası olan Rəfael Nuriyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin pilləkən qəfəsinin tavanından asılı vəziyyətdə aşkar edilib.
R.Nuriyevin son illər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 


Вернуться назад