Главная > Aktual > Türkiyənin baş naziri rusiyalı həmkarına başsağlığı verdi

Türkiyənin baş naziri rusiyalı həmkarına başsağlığı verdi


3-04-2017, 21:35.

Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın baş naziri Dimitri Medvedeve başsağlığı verib.

Musavat.com xəbər verir ki, B.Yıldırım rusiyalı həmkarına Sankt Peterburq şəhərinin metrosunda meydana gələn terror hücumunda həyatını itirənlər üçün kədərləndiyini bildirib. Türkiyəli baş nazir həmçinin yaralılara şəfa diləyib.

Qeyd edək ki, Rusiyanın Sankt Peterburq şəhərinin "Sennaya ploşad” və "Texnologiçeskiy institut” metro stansiyalarında partlayış törədilib. Son məlumata əsasən, hadisə zamanı 10 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb.

 


Вернуться назад