Главная > İdman > Neymar “Barselona”da 100-cü qolunu vurub

Neymar “Barselona”da 100-cü qolunu vurub


3-04-2017, 01:37.

İspaniya La Liqasının XXIX turunda "Barselona” səfərdə "Qranada” üzərində 4:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, matçda son nöqtəni qoyan kataloniyalıların braziliyalı futbolçusu Neymar tarixə düşüb. Belə ki, görüşün 90+1-ci dəqiqəsində hesabı darmadağın həddinə çatdıran futbolçu bununla da "Barselona” forması ilə 100-cü qoluna imza atıb. O, bu göstərici ilə Kataloniya klubunun heyətində 100 qol həddini keçən 3-cü oyunçu olub.

İlk iki pillədə isə 130 qolla Rivaldo və 105 qolla Evaristo qərarlaşıb.

 


Вернуться назад