Главная > Region > Kür çayında batan şəxsin meyiti tapılıb

Kür çayında batan şəxsin meyiti tapılıb


1-04-2017, 21:13.

Kür çayında batan şəxsin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 27-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı məntəqədən 25 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Bu gün 1976-cı il təvəllüdlü Əsədov İsmayil Şərif oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 


Вернуться назад