Главная > Ölkə > Müsavatçılar Şəhidlər Xiyabanında 31 mart soyqırımı qurbanlarını andılar – FOTOLAR

Müsavatçılar Şəhidlər Xiyabanında 31 mart soyqırımı qurbanlarını andılar – FOTOLAR


31-03-2017, 21:45.

Bu gün ermənilərin Bakıda və ölkəmizin digər bölgələrində azərbaycanlılara qarşı soyqırım törətməsinin 99-cu ildönümüdür.

1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni-rus silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədiblər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Tariximizin bu qanlı səhifəsinin ildönümü ilə əlaqədar bu gün Müsavat Partiyasının rəhbərliyi və partiyanın bir qrup üzvü Şəhidlər Xiyabanını və türk Şəhidliyini ziyarər ediblər. Müsavatçılar əvvəlcə 20 Yanvar şəhidlərini ziyarət edib.

Sonra Bakının erməni-rus istilasından azad olunması uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.

Tədbirdə Müsavat başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış ediblər. Çıxışlarda erməni-rus hərbi birləşmələrinin Azərbaycanda törətdiyi qətliam və ölkənin işğaldan azad olunması üçün canını fəda etmiş türk əsgərlərinin qəhrəmanlığı qeyd edilib.

Mustafa Hacıbəyli, bastainfo

 


Вернуться назад