Главная > Mədəniyyət > Əziz Musa 1 aprelə şeir ithaf etdi- Nə olar aldat məni, Denən sevirəm səni.

Əziz Musa 1 aprelə şeir ithaf etdi- Nə olar aldat məni, Denən sevirəm səni.


31-03-2017, 20:23.

Bu da belə taledi,

Dərdin qəddimi əydi,
Bu eşqin adı nədi?
Ümid də yaxşı şeydi,
Nə olar aldat məni,
Denən sevirəm səni,


Əl yetməyən ulduzsan,
Müqəddəs bir mələksən,
Şirin istək, arzusan,
İnanaram nə desən,
Nə olar aldat məni,
Denən sevirəm səni.


Ürəyim səninlədi,
Gözüm yoldadı hələ,
Aşiqin nə gündədİ.
Yalan da olsa belə,
Nə olar aldat məni,
Denən sevirəm səni.


Qəlbimdəsən hər zaman,
Sənsən hər nəğməm, sözüm,
Ayrılarmı ürək, can,
İnsaf eyıə əzizim,
Nə olar aldat məni,
Denən sevirəm səni.


Sevdir mənə həyatı,
Ürəyimdə od qala,
Dünya fanı dünyadı,
Ömrümə ömür cala,
Nə olar aldat məni,
Denən sevirəm səni.


ƏZİZ MUSA

 


Вернуться назад