Главная > Müsahibə > Lənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəliblər-FOTOLAR

Lənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəliblər-FOTOLAR


31-03-2017, 20:07.

Lənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəliblər.

31 mart Azərbaycanlılarının soyqırımı günü ərəfəsində 4 lənkəranlı gənc Astara sərhəddindən, Xaçmaz sərhəddinə kimi yol qət edərək 760 km məsafəni velosipedlə hərəkət ediblər.

Gənclər Quba məzarlığına gəlib və burda yerləşən Memorial Komplekslə tanış olublar. 1918- ci ildə qubalıların başına gətirilən müsibətlərin bariz nümunəsi olaraq saxlanılan qəbirləri ziyarət edib və həmin dövrdə istifadə olunan silah-sürsatla tanış olublar.

"Sərhəddən-sərhədə” adlanan layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Veolsiped İdmanı Federasiyası və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatçılığı ilə ərsəyə gəlib.

Layihə rəhbəri Tərlan Zülfüqarov olan veloyürüş Azərbaycanın cənub sərhəddi Astaradan şimal sərhəddi Xaçmaza kimi olan məsafəni əhatə edirdi.

Uluyol.info

Lənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəldiLənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəldiLənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəldiLənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəldi

 

Lənkəranlı gənclər velosipedlə Quba məzarlığını ziyarətə gəldi
Вернуться назад