Главная > GÜNDƏM > Tillersondan YPG açıqlaması: Çətin məsələdir

Tillersondan YPG açıqlaması: Çətin məsələdir


30-03-2017, 19:52.

ABŞ və Türkiyənin İŞİD-ə qarşı sona qədər mübarizə aparacağından hər kəs əmin olsun.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra keçirilən mətbuat konfrası zamanı deyib.

Jurnalistin "Nazir Çavuşoğlu Türkiyənin PKK ilə YPG-nı ayırmadığını bildirir. Bəs, bununla bağlı fikir ayrılığı necə həll ediləcək? sualına isə ABŞ rəsmisi belə cavab verib:

"Bunlar olduqca qəliz məsələlərdir. Bu gün də müzakirə etdik. Önümüzdə olan seçimlərlə bağlı fikir mübadiləsi yürütdük. Hörmətli prezident, baş nazir və Çavuşoğlu bu məsələləri diqqətdə saxlayacaqlar. Sonda onu deyə bilərəm ki, ABŞ və Türkiyə koalisiyanın bir parçası olmağa davam edəcək”.

 


Вернуться назад