Главная > Cəmiyyət > Azərbaycanda daha bir yazıçı intihar edib - FOTO

Azərbaycanda daha bir yazıçı intihar edib - FOTO


30-03-2017, 16:29.

Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.

BakiPost.az xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi məliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik, bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.

R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bədii yaradıcılqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. "Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.

Mərhum ailəlidir, bir övladı var.



Вернуться назад