Son günlər ölkə mediasında Cəlilabad rayon Səfərbərlik və
Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Həsrət İsmayılovla bağlı şikayətlərin
ardı kəsilmir.
Mediada yazılanlardan məlum olur ki, Həsrət İsmayılov Cəlilabadda kiçik
sultanlıq yaradıbdır. Həsrət İsmayılov rayona təyin olunduğu gündən bu yana,
rüşvət,korrupsiya, özbaşınalıq və s. məlumatlar N qədərdir. Ən önəmlisi, Həsrət
İsmayılovun yazılanlardan da qeyd edildiyi kimi, hərbi bileti 2500 azn satması,
çox utancverici bir haldır. H.İsmayılovla bağlı araşdırmamızı sizlərə təqdim
eidrik:
"HƏRBİ KOMİSSAR 1000 MANAT İSTƏDİ…” - Xəstə oğlu hərbi xidmətə aparılan vətəndaşın
şikayəti
Araşdırmamızda ilk qarşılaşdığımız məqalə başlığı budur. İdarə rəisini bu
başlıqdan da tam aydın şəkildə anlamaq olar.
Hərbi komissar xəstə gəncin anasını təhqir edib: "Heç kimi hərləmirəm, 1000
manat gətirin”
Cəlilabad rayonu Xəlilabad kənd sakini Məmmədov Mahir Böyükağa oğlu ölkə rəhbərliyinə,
həmçinin aidiyyatı dövlət orqanlarına müraciət edib. O, müraciətində Cəlilabad
rayon Hərbi Komissarlığında (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Cəlilabad Rayon Şöbəsində) baş verən qanunsuzluqlardan, hərbi
komissar Həsrət İsmayılovun əməllərindən şikayətlənib.
"Komissar xəstəlik kağızlarını həyat yoldaşımın sifətinə çırpmış…”
Oğlunun gecə görmə qabiliyyəti olmadığını bildirən şikayətçi, bununla bağlı xəstəlik
sənədlərini Hərbi Komissarlığa təqdim edərkən, təhqir olunduqlarını bildirir:
"Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə görmə qabiliyyəti yoxdur.
Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir ki, heç vaxt müalicəsi
mümkün deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də (müxtəlif xəstəxanaların
verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna "toyuq xəstəliyi”
deyilir. Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan
olandan, ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb
gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30
faizdir.
Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və
yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gəlmişlər. Onlar Cəlilabada
yeni təyin olunmuş hərbi komissar Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə
kağızlarını komissara təqdim etmişlər. Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş,
lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir.
Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki,
götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər
getməlidir! Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət
məmurusan, kağızı qadının sifətinə çırpmazlar”.
"1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim”
Mahir Məmmədovun iddasına görə, komissar onlardan rüşvət tələb edib: "Bundan
sonra komissar Həsrət İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin
kağızlarını, nə də sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya
göndəriş verim, bilet düzəldin, yoxsa mümkün deyil!
Sanki biz bəy-xan dövranında yaşayırıq, Həsrət İsmayılov isə kəndxudadır, hər
şey o dediyi kimi olacaq.
Həsrət İsmayılov bu rayona göndəriləndən Cəlilabad Hərbi Komissarlığında rüşvət
baş alıb gedir. Çağırışçının Bakıya xəstəxanaya göndərilməsi üçün Həsrət
İsmayılov valideynlərdən 1000 manat pul tələb edir.
Belə bardaq və korrupsiya görünməmişdi. Qiymətlər qalxıb, rayonda hərbi biletin
qiyməti 3000-4000 civarındadır. Qadın bilmir, uşaq bilmir, hamını təhqir edir,
min bir oyundan çıxır ki, pul qazansın.
Mən Həsrət İsmayılovun yanında oldum, dedim ki, o boyda Zərifə Əliyeva adına xəstəxana
mənə kağız verib ki, uşağın gözü görmür, bəs sən ona nə deyirsən? Deyir ki, o
boş şeydir, Zərifə Əliyeva adına mərkəzin verdiyi kağızlar hamısı saxtadır! Mən
təəccüb içində qaldım”.
"Acığa düşərək oğluma "povestka” verib əsgərliyə göndərtdirdi”
Şikayətçinin müraciətində bildirilir ki, tələb olunan rüşvəti vermədiyi üçün hərbi
komissar xəstə oğlunu hərbi xidmətə göndərmək istəyib: "Həsrət İsmayılov mənim
inadkarlığımı görüb acığa düşərək oğluma "povestka” verib əsgərliyə göndərtdirdi,
oğlumu apardılar, hətta Naxçıvana hərbi hissəyə düşdü. Lakin bir neçə gün keçmədi
ki, orda uşağımın həqiqi xəstə olduğunu görüb geri qaytardılar, hətta onu göndərən
hərbi komissarı lənətlədilər.
Bunlar puldan sarı min oyundan çıxırlar. Xəstə olanı aparırlar, sağlam olandan
isə pul alıb xəstə edirlər. Oğlum gecələr qətiyyən görmür, sabah əsgərlikdə
"padyom” verib ayağa qaldırsaydılar, uşaq əl-ayaq altında qalıb şikəst
olacaqdı. Bunu oğlumun düşdüyü hərbi hissədəki komandirlər və həkimlər də təsdiq
etdilər.
Komissar Həsrət İsmayılov Zərifə Əliyeva adına xəstəxananın kağızlarını vecinə
almayaraq, oğlumu əsgərliyə göndərmişdi. Mən dəqiq bilirdim ki, oğlum əsgərlik
xidmətinin yarısından "komsovat” olunub geri göndəriləcək. Pislik komissar Həsrət
İsmayılova qaldı. Puldan ötrü özlərini biabır edirlər, min oyundan çıxırlar və
Azərbaycan məmuru adına ləkə gətirirlər”.
"Həsrət İsmayılovun rüşvət kampaniyasına son qoyulsun”
Sonda Mahir Məmmədov müvafiq dövlət qurumlarından hərbi komissar haqda tədbir
görməyi xahiş edir:
"Belələrinin dövlət vəzifəsində işləməsi düzgün deyil. Xəstə uşağımın nahaq yerə,
heç nədən hərbi xidmətə göndərilməsi ailəmizə saysız-hesabsız fiziki və mənəvi
iztirablar hesabına başa gəldi. Cəmiyyətimizdə artan psixi xəstəliklər məhz bu
cür məmurların ucbatından baş alıb gedir. Həsrət İsmayılov rüşvət vermədiyimi
görüb uşağım obyektiv müayinədən keçməsinə imkan vermirdi. Mənim uşağım əsgərlikdə
tələf olacaqdı, bunun məsuliyyətini isə Cəlilabad Hərbi Komissarı Həsrət
İsmayılov daşıyacaqdı. Məgər o bunu fikirləşmir?
Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin verdiyi kağızda da göstərilir ki,
Məmmədov Yusif gecələr görmə qabiliyyətinə malik deyil. Amma Cəlilabad rayon Hərbi
Komissarı Həsrət İsmayılov pul maraqlarına görə, tamahkarlığa görə bu kağızı
saya salmadı, hələ bir deyir ki, Zərifə Əliyeva xəstəxanasının verdiyi kağızlar
saxtadır. Xahiş edirəm ki, əlaqədar dövlət orqanları bu işlə dərindən
maraqlansınlar və jurnalistlərimiz bu məsələni işıqlandırsınlar ki, Həsrət
İsmayılovun rüşvət kampaniyasına son qoyulsun və bizim kimi insanların haqqı tapdalanmasın”.(azpolitika.info)
P. S. Müraciətdə qeyd edilənlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin və Xidmətin Cəlilabad Rayon Şöbəsinin rəisi Həsrət
İsmayılovun da mövqeyini işıqlandırmağa hazırıq.
Bu məqalədən sonra Həsrət İsmayılovla bağlı heç bir tədbir görülməmişdir.
Media üzərində digər rastlaşdığımız yazıda isə, Həsrət İsmayılovun qaranlıq
keçmişi ilə bağlı olan önəmli məqamlar qeyd edilib. RadikalNews.info-nun
araşdırmasın təqdim edirik:
Səfərbərlik Xidmətinin qaranlıq keçmişli polkovniki – Həsrət İsmayılov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə,
idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir ki, bilmir. Bu
sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya
qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən
kənar işlərlə məşğul olan şəxslərlə bağlı heç bir ölçü götürmür.
SHXÇDX yarandığı gündən etibarən xidmət rəisi yerli şöbə və idarələrdə demək
olar ki, elə də ciddi yoxlamalar təşkil etməyib. Məhz bunun nəticəsidir ki,
böyük ümidlərin bəsləndiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətində ciddi problemlər yaşanır. Bu dəfə cumhuriyyet.az-a əvvəllər Hərbi
Komissarlıq, daha sonra Səfərbərlik Xidməti sistemində korrupsiya və
qanunsuzluqları ilə məşhurlaşan polkovnik Həsrət İsmayılov haqda ilginc məlumatlar
daxil olub. İlk öncə onu bildirək ki, Həsrət İsmayılov Hərbi Komissarlıq
sistemində Aslan Aslanovun adamı kimi tanınıb. Hər kəsə bəllidir ki, Əliağa
Hüseynov Respublikanın Hərbi Komissarı vəzifəsindən azad ediləndən sonra Səfər
Əbiyev komissarlıq sistemini faktiki olaraq Aslan Aslanovun idarəçiliyinə
vermişdi. Aslan Aslanov 2 il müddətində hərbi komissarlıqların 4-cü, 2-ci şöbələri,
hərbi polis və hərbi hospitalları idarə etdi. Amma H.İsmayılovla A.Aslanovu
yalnız bu tellər bağlamırdı. Aslan Aslanov hərbi komissarlıqları idarə etdiyi
zamanlarda o vaxt Şəmkirin hərbi komissarı olan Həsrət İsmayılovdan borc adı ilə
xeyli pul almışdı. O pulu da geri qaytarmayıb. Bakıda vəzifəyə təyin etdirəcəyini
vəd edirdi. Sonradan Aslan Aslanov vədini tutmadı, Həsrət İsmayılovun pulunu da
qaytarmadı. Ən maraqlısı da bundan sonra oldu. Aslan Aslanov Şəmkirdəki
stadionu bu məsələdən illər əvvəl, hələ Şəmkirin icra başçısı olarkən Həsrət
İsmayılovun qardaşı, Rusiyada bizneslə məşğul olan Dilqəmin adına rəsmiləşdirmişdi.
Aslan Aslanov Həsrət İsmayılovu vəzifəyə təyin etməyəndə aralarında narazılıq
yaranır və Aslan Aslanov Həsrət İsmayılovu sakitləşdirmək üçün onu qardaşı Dilqəm
İsmayılovu Cırdaxan kəndinə bələdiyyə sədri təyin etdirir. Amma yenə də Həsrət
İsmayılovun pulunu qaytarmı. Vəzifədən alınması və Səfərbərlik Xidmətinin nəzarətdən
çıxması A.Aslanovu H.İsmayılovu Bakı rayonlarının birinə rəis təyin etdirməsinə
də əngəl olur. Aslanov öz borcundan yalnız komissarı hərbi prokurorluqda çox
yüksək bir məqama tapşırmaqla çıxır və bu tapşırığın nəticəsidir ki, İsmayılov
bu vaxtadək toxunulmaz qalıb.
Komissarın adı "Lamiyyə Quliyeva işi”ndə
Şəmkirin icra başçısı olarkən oğlunun öldürülməsi işində A.aslanovun Lamiyyə
Quliyeva və Vüqar Əliyevə qarşı qəzəbi bütün ölkəyə bəllidir. Bu prosesə o
zaman demək olar ki rayonun bütün vəzifəli şəxsləri qatılmışdı. Bu gündə həbsdə
olan Vüqar Əliyevin atası İbrahim İsmayılov onun üzünə duran şəxslərin adlarını
sadalayarkən Həsrət İsmayılovun da adını çəkir: "Şəmkir icra başçısının
1-ci müavini Tariyel Məmmədov, Şəmkir torpaq şöbəsinin müdiri Rüstəm Rüstəmov,
mərkəzi poçtun müdiri Vilayət Cabbarov, şəhər sovetinin sədri Hacımurad Həsənov,
gənclər şöbəsinin rəisi Nizami Əhmədov, İcra Hakimiyyətində şöbə müdiri işləyən
Vahid Əkbərov, İcra Hakimiyyəti işçisi Mustafa Mustafayev, Şəmkir hərbi
komissarı Həsrət İsmayılov, Şəmkir İH-də şöbə müdiri Sultan Məmmədov bir-bir
üzümə durdular”.
Şəmkirdə hərbi bilet bazarlığı
İcra başçısı, Səfər Əbiyevin yaxını və nəhayət Səfərbərlik Xidmətinin qeyri rəsmi
kuratoru olan Aslan Aslanovla yaxınlıq H.İsmayılova geniş imkanlar yaradıb. Məhz
bu imkanların nəticəsidir ki, Şəmkir rayonu əksər çağırışlarda "xidmətə
yararsız”ların sayına görə liderlik edib. Həsrət İsmayılov 15 ildən artıq Şəmkir
rayonunda komissar, şöbə rəisi vəzifəsində çalışıb. Mənbənin cumhuriyyet.az-a
bildirdiyinə görə təkcə 2012-ci ilin aprel ayından 2014-cü ilin aprel ayınadək
Şəmkir şöbəsində xəstəliklə ehtiyata verilmiş çağırışçılar təkrar yoxlanılsa bu
şəxsin qanunsuzluqları üzə çıxar. Biz cumhuriyyet.az olaraq şöbə rəisinin
xeyir-duası ilə saxta hərbi bilet alanlardan bir neçəsinin adını diqqətinizə
çatdırırıq:
1. Dostalıyev Anar Fikrət oğlu 23.01.1993-cü il təvəllüdlü
2. Əhmədov Ramil Siliddin oğlu 24.05.1987-ci il təvəllüdlü
3. Quliyev Rəşad Mahir oğlu 29.05.1993-cü il təvəllüdlü
4. Cəfərov Sərxan Məhəmmədoğlu 24.07.1986-cı il təvəllüdlü
5. Quliyev Emin İlham oğlu 05.08.1986-cı il təvəllüdlü
6. Namazov Röyal Fidayıl oğlu 20.08.1988-ci il təvəllüdlü
7. Babayev Sərxan İlham oğlu 11.06.1993-cü il təvəllüdlü
8. Sultanlı Rəşad Siyafəddin oğlu 27.05.1993-cü il təvəllüdlü
9. Qarayev Şahin Elmidar oğlu 04.07.1993-cü il təvəllüdlü
10. Məhərrəmov Tural Qara oğlu 09.01.1980-cı il təvəllüdlü
11. Mehdiyev Arzuman Qara oğlu 09.01.1980-cı il təvəllüdlü
12. Verdiyev Seymur Məhəmməd oğlu 03.12.1987-ci il təvəllüdlü
13. Səfərov İsa Etibar oğlu 21.02.1983-cü il təvəllüdlü
14. Qasımov Rövşən Fidayıl oğlu 25.06.1984-cü il təvəllüdlü
15. Əliyev Hüseyn Əli oğlu 29.07.1992-ci il təvəllüdlü
16. Əliyev Ramil Ələmdar oğlu 10.11.1982-ci il təvəllüdlü
17. Rüstəmov Samir Rəşid oğlu 1983-cü il təvəllüdlü
18. Əhmədov Samir Akif oğlu 05.04.1982-ci il təvəllüdlü
19. Namazov Şahin Namaz oğlu 20.07.1988-ci il təvəllüdlü
20. Ələkbərov Fərqan Mirəli oğlu 24.06.1991-ci il təvəllüdlü
21. Əsgərov Elxan Xəlil oğlu 18.12.1984-cü il təvəllüdlü
Biz bu siyahını havadan yazmırıq. Əgər Arzu Rəhimov və Hərbi Prokurorluğun əməkdaşları
istəsələr adlarını hallandırdığımız şəxslərin sənədlərini yenidən qaldırıb hərbi
biletlərini araşdıra bilərlər.
Şəmkir ənənəsi Cəlilabadda da davam edir
Əslində A.Aslanovun Səfərbərlik Xidməti üzərindəki kölgəsi götürüldükdən sonra
H.İsmayılovun da karyerasına son verilməliydi. Ancaq yuxarıda da qeyd etdiyimiz
kimi, A.Aslanov öz kamissarına son borcunu ödəyərək kamissarını lazımi dairələrə
tapşıra bildi və bunun nəticəsində polkovnik İsmayılov Səfərbərlik Xidmətində
yalnız rayon dəyişməklə vəzifəsini qorudu. Cəlilabad rayonuna təyinat alan
H.İsmayılov qısa müddət sonra burda da özünü "tanıtdı”. Onun Cəlilabaddakı
fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan yalnız bir neçə
faktı diqqətə çatdırmaqla yekunlaşırıq:
2000 rüşvət tələbi və geri qaytarılan xəstə əsgər: "Cəlilabad rayon sakini
Elvin Seyfullayevdən, xəstə olmasına baxmayaraq onun hərbi xidmətə yola
salacaqları hədəsi ilə Həsrət İsmayılovun adından Nicat və Hafiz adlı işçiləri
2000 manat pul tələb etmişdilər.Vətəndaşın bu məbləği verməyəcəyi təqdirdə onu
hərbi xidmətin ön cərgələrindən birinə yola salacaqlarını bildirmişdilər. Bu məqsədlə
də hərbi xidmətə yararsız olan Elvin Seyfullayevin hərbi bileti şöbədə(deyilənə
görə Həsrət İsmayılovun seyfində) bu günə kimi girov kimi
saxlanılmaqdadır.Ümumiyyətlə Həsrət İsmayılov adı respublika ictimaiyyətinə
artıq coxdan rüşvətxor məmur kimi tanıdılmaqdadır.Hələ bir müddət əvvəl də Cəlilabad
rayon Xəlilabad kənd sakini də bu cür özbaşınalıqlardan bəhs edən bir yazıyla mətbuata
üz tutmuşdu.Mahir Məmmədov adlı şəxs oğlunun anadangəlmə gecəgörmə qabiliyyətinin
olmadığı halda Həsrət İsmayılov tərəfindən guya tam sağlam olması adı ilə hərbi
xidmətə yola salındığını bildirmişdi.Vətəndaşın dediyi kimi o zaman da Həsrət
İsmayılov onun oğlunun xəstə çıxması ücün ondan təkrar müayinə adı ilə 2000
manat rüşvət tələb etmişdi.Pulu verə bilmədiyi üçün Naxçıvana hərbi xidmətə
yola salınan Mahir Məmmədovun oğlu Yusif Məmmədov bir neçə gün sonra xəstə
olduğu üçün geri qaytarılır”.
Bakıya göndəriş üçün 1000 manat: "Cəlilabad rayonu Xəlilabad kənd sakini Məmmədov
Mahir Böyükağa oğlu övladının gecə görmə qabiliyyəti olmadığını bildirən şikayətçi,
bununla bağlı xəstəlik sənədlərini Hərbi Komissarlığa təqdim edərkən, təhqir
olunduqlarını bildirir: "Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə
görmə qabiliyyəti yoxdur. Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir
ki, heç vaxt müalicəsi mümkün deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də
(müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında
buna "toyuq xəstəliyi” deyilir. Oğlum gündüzlər görsə də, gecə qətiyyən
görmür. Biz onu anadan olandan, ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən
tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun
görmə qabiliyyəti 23-30 faizdir.
Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və
yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gəlmişlər. Onlar Cəlilabada
yeni təyin olunmuş hərbi komissar Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə
kağızlarını komissara təqdim etmişlər. Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş,
lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir.
Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki,
götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər
getməlidir! Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət
məmurusan, kağızı qadının sifətinə çırpmazlar”. Mahir Məmmədovun iddasına görə,
komissar onlardan rüşvət tələb edib: "Bundan sonra komissar Həsrət
İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin kağızlarını, nə də
sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim,
bilet düzəldin, yoxsa mümkün deyil”
Hərbi biletin 2500 manat qiyməti: "Facebook Cəlilabadım qrupunda
yayımlanan Cəlilabad Səfərbərlik və Hərbi xidmətə çağırış şöbəsinin rəisi
polkovnik Həsrət İsmayılovdan şikayət məktubunu sizə təqdim edirik:” Bu dəfə Hərbi
Komissar, polkovnik Həsrət İsmayılov haqqında qısa yazım. Deməli Həsrət müəllim,
vəzifəyə yeni təyin olunduqdan sonra əsgərliyə getməyib, hərbi bilet almaq istəyənlərdən
2500 azn alırdı. Kifayət qədərdə müştərisi var idi, işləri yaxşı gedirdi. Amma
Həsrət müəllim bununla kifayətlənmədi. Aprel ayında düşmənlə müharibə getdiyi
vaxtlardan etibarən, yaranmış vəziyyətdən Həsrət müəllim ustalıqca istifadə edə
bildi. Qiymətləri düz 500 manat qaldırdı. Məndə sual yaranır, müharibə və səfərbərlik
başlasa Həsrət müəllim qiymətləri neçəyə qaldıracaq?”. (Radikalnews.info)
Вернуться назад
|