Главная > Türk Dünyası / GÜNDƏM > Türkmən şəhəri rəsmən kürd mərkəzinə çevrildi

Türkmən şəhəri rəsmən kürd mərkəzinə çevrildi


28-03-2017, 19:55.

Kərkük Bölgə Məclisi bölgədəki bütün rəsmi idarələrin yanında İraqla yanaşı İraq Kürd Muxtar Vilayətinin də bayrağının asılması haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, məclisdə keçirilən səsvermə zamanı yalnız 26 kürd nümayəndə qətnamənin lehinə səs verib. Ərəblər və türkmanlar isə bu məsələnin müzakirəsini boykot edərək Məclisə gəlməyiblər.

Qeyd edək ki, Kərkük Bölgə Məclisi 41 üzvdən təşkil olunub. Onun 26-sı kürd, 9-u türkman, 6-sı isə ərəbdir. Həm kürdlər, həm də türkmanlar Kərkükü özlərinin mədəni mərkəzi hesab edirlər. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir. Şəhərin kürdlərin tabeliyinə keçməsi İŞİD-in bölgəyə hücumlarından sonra başlayıb. Əməliyyatlar başa çatana qədər ərazini müdafiə edəcəyini söyləyən Ərbil buraya indiyə qədər İraq əsgərlərini buraxmır.

İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.

 


Вернуться назад