Главная > Dünya > Ermənistanda əsgər ölümü davam edir — daha biri öldü

Ermənistanda əsgər ölümü davam edir — daha biri öldü


28-03-2017, 20:41.

 

Bu gün daha bir erməni əsgərinin ölüm faktı qeydə alınıb.

 

"Ölkə.Az” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Verilən məlumata görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni əsgəri ölüb. Ölən hərbçi 1997-ci il təvəllüdlü hərbi qulluqçu Artak Edikoviç Rafaelyandır. O, bu gün günorta saatlarında güllələnib. Onun hərbçi yoldaşları tərəfindən vurulduğu bildirilib.

Qeyd edək ki, son illər ermənilərin hərbi hissələrində belə hadisələr tez-tez qeydə alınır. Hər dəfə də, faciə erməni əsgərlərinin ölümü və ağır yaralanması ilə nəticələnir. Fevralın 28-də də cəbhədə ermənilərin nəzarətində olan ərazidə güclü partlayış nəticəsində 3 hərbçi yaralanıb. Yayılan məlumata görə, partlayış nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları yaralanıblar. Ermənistanın bəzi Kütləvi İnformasiya Vasitələrində yazılır ki, partlayış erməni əsgərlərinin hərbi sursatla düzgün rəftar edə bilməməsi nəticəsində baş verdiyi bildirilib. Məsələ ilə əlaqədar isə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, hadisə döyüş mövqeyində mühəndis işləri aparılarkən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

 


Вернуться назад