Главная > İqtisadiyyat > Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
Romada Avropa İttifaqının yubiley sammiti başlayıb25-03-2017, 16:52. |
İtaliya paytaxtındakı Kapitolidə Avropa İttifaqına üzv 27 ölkənin sammiti başlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, sammit Roma sazişinin imzalanmasının 60-cı ildönümünə həsr olunub. Dövlət və hökumət başçılarının görüşü yüksək təhlükəsizlik
tədbirləri altında keçirilir. Belə ki, İtaliya hökuməti istər vahid Avropa tərəfdarlarının,
istərsə də əleyhdarlarının nümayişləri zamanı baş verə biləcək iğtişaşlardan
ehtiyat edir. Mühafizəkarlar sarayına toplaşıb. Tədbirdə çıxış edən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bütün çətinliklərə, o cümlədən Böyük Britaniyanın qurumdan çıxmasına baxmayaraq, Aİ-nin mövcudluğunu davam etdirəcəyini bildirib. O, Aİ-nin 100 illik yubileyini qeyd edəcəynə əminliyini ifadə edib.
Вернуться назад |