Главная > Aktual > Qırğızıstanda 70-dək mitinq iştirakçısı saxlanılıb

Qırğızıstanda 70-dək mitinq iştirakçısı saxlanılıb


25-03-2017, 22:20.

Qırğızıstanın paytaxtı Bişkekdə saxlanılan sabiq deputat Sadır Japarovun tərəfdarlarının təşkil etdiyi mitinq dağıdılarkən 68 etirazçı saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Qırğızıstanın DİN rəhbərinin müavini Almaz Orozəliyev bildirib.

"Xuliqanlığa yol vermiş və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı güc tətbiq etmiş 68 nəfər saxlanılıb”, - deyə DİN rəhbərinin müavini bildirib. Onun sözlərinə görə, etirazçılar kütləvi iğtişaşlar təşkil edərək, asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıblar, taxta parçaları ilə xəsarətlər yetiriblər. Onlar həmçinin DİN-ə məxsus avtobusun şüşələrini qırıblar.

Bundan əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları son illər Kiprdə yaşayan sabiq müxalifətçi deputat Sadır Japarovu Bişkek aeroportunda saxlayıblar. Onun barəsində 2013-cü ilin noyabrın 7-də baş vermiş iğtişaşlarla əlaqədar CM-nin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb.


Вернуться назад