Главная > Sosial > Siyasi məhbus ailələrinə maddi yardım kompaniyasına bu gündən start verildi

Siyasi məhbus ailələrinə maddi yardım kompaniyasına bu gündən start verildi


25-03-2017, 01:26.

QDEVAMM-nın sədri Polad Aslanovun Press-az.com-a verdiyi məlumata görə, Azər Ramizoğlunun siyasi məhbus ailələrinə maddi yardım kompaniyasına bu gündən start verilib. Bu məqsədlə Bank hesabı açılıb, hesab nömrəsi -NL35INGB0650497201 gördüyünüz koddur.
Polad Aslanov Press-az.com-a bildirib ki, Bu məqsədləmənimlə bahəm Azər bəyin təşəbbüsünə bir çox siyasi fəallar hüquq müdafiəçiləri qoşulub və komisiyada yaradılıb . Qısa zamanda həmin komisiyanı da ictimaiyyətə təqdim edəcik. Komisiya şəffaflığa görə və siyasi məhbus ailələrinə maddi dəstək olmaq üçün siyahıların hazırlanması və maddi yardımların çatdırılması ictimaiyyətə bu barədə informasiyyaların verilməsində müstəsna rolu olacaq.

P. Aslanov bildirib ki, Azər Ramizoğlunun başladığı kompaniya Siyasi məhbus ailələrini əhatə edəcək. Bu kompaniyada siyasi partiyasından aslı olmayaraq dini və irqi fərq qoymadan bütün siyasi məhbus ailələrini əhatə edəcək.Ümüd edirəm ki, qısa zaman kəsiyində Azər bəyin təşəbbüsü ümumxalq dəstəyinə çevriləcək . Xaricdə və ölkədə yaşayan hər bir vətəndaş bu məsələyə biganə qalmayacaq, az məbləğ olsa belə açılmış bank hesabına iyanələr göndərəcək.

 


Вернуться назад