Главная > Kriminal > İŞİD İraqda 20 dinc sakini qətlə yetirib

İŞİD İraqda 20 dinc sakini qətlə yetirib


24-03-2017, 12:25.

İŞİD terror qruplaşması İraqda 20 dinc sakini qətlə yetirib.

Bu barədə "Anadolu” agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb sakinlərin terrorçuların əmrlərinə tabe olmamaları olub. Neynəva vilayəti İnsan Haqları Komitəsinin rəhbəri Qəzvan Həmid əd-Daudi öldürülənlərin çoxunun kişilər olduğunu bildirib.

İŞİD-in sakinlərə evlərini tərk edərək qərb istiqamərindəki bölgələrə getmələri üçün təzyiq göstərdiyini deyən Daudi buna qarşı çıxanları edam etdiyini vurğulayıb.

Terrorçular bundan başqa onların əmrlərinə qarşı çıxan qadınların da zinət əşyalarını müsadirə edib.

 


Вернуться назад