Главная > Araşdırma > Yəməndə münaqişə başlayandan 5 minə yaxın dinc sakin ölüb

Yəməndə münaqişə başlayandan 5 minə yaxın dinc sakin ölüb


24-03-2017, 21:33.

26 mart 2015-ci il tarixində Yəməndə münaqişə başlayan vaxtdan 4,5 mindən çox dinc sakin ölüb, azı 8 min nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü BMT Ali Komissarının İnsan Haqları İdarəsi (AKİHİ) məlumat yayıb.

"Martın 26-da Yəməndə münaqişənin başlamasının iki ili tamam olacaq. 26 mart 2015-ci tarixindən hərbi əməliyyatlar nəticəsində təqribən 4,773 dinc sakin ölüb və 8,272 nəfər yaralanıb. Ümumilikdə 13 min 45 dinc sakin zərər çəkib. Bu, yalnız AKİHİ-nin təsdiq edə bildiyi rəqəmlərdir. Qurbanların real sayı isə sözsüz ki, əhəmiyyətli dərəcədə çoxdur", — deyə məlumatda qeyd olunur.

Sənəddə, həmçinin bildirilir ki, ölkədə təqribən 21 milyon insan və ya əhalinin 82 faizi humanitar yardıma ehtiyac duyur.

 



Вернуться назад