Главная > Dünya > Dəkkə hava limanında kamikadze özünü partladıb

Dəkkə hava limanında kamikadze özünü partladıb


24-03-2017, 20:26.

Banqladeşin paytaxtı Dəkkənin beynəlxalq hava limanında terrorçu-kamikadze polis postuna hücum edərək özünü partladıb.

"Report" xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum saat 18:00-da baş verib. İnsident nəticəsində terrorçu ölüb. Zərərçəkənlər barədə məlumat yoxdur.

 


Вернуться назад