Главная > İdman > UEFA prezidenti "Barcelona" - PSG görüşünün referisi haqqında danışıb

UEFA prezidenti "Barcelona" - PSG görüşünün referisi haqqında danışıb


23-03-2017, 09:45.

Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutmuş "Barcelona" - PSG matçının (6:1) baş hakimi Deniz Aytekinin verdiyi bir sıra qərarlar mübahisə doğurmuşdu. Bundan sonra almaniyalı referinin UEFA tərəfindən cəza alacağı deyilirdi. Goal.az xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin 38 yaşlı hakimin cəzalandırılma ehtimalını istisna edib.

"Biz Aytekinə cəza verməmişik. Belə fikrimiz yoxdur. Oyunun bəzi epizodlarında düzgün qərar verilmədiyini gördük, amma heç kimin fəaliyyətinə maneə törətməmişik. Bu, penaltini yerinə yetirə bilməyən futbolçunu diskvalifikasiya etmək kimi bir şeydir" - Çeferin qeyd edib.

Bir müddət öncə hakim səhvlərinə görə "Barcelona" - PSG matçının yenidən keçirilməsi üçün imzatoplama kampaniyasına start verilmişdi.

 

 
Uluyol.info

Вернуться назад