Главная > Mədəniyyət > Görüşdüm, vidalaşdım

Görüşdüm, vidalaşdım


23-03-2017, 13:29.

Xanım İsmayılqızı


Dilimdə yandı adın...
Heç nə deyə bilmədin,
Başını yırğaladın...

Qardaş, yol üstündəsən,


Kimlər dəyir gözünə?..
Vida nəğməsi qonub
Sənin cansız üzünə...

Mən dərdin yorğunuyam,


Sən ağrının yorğunu...
Öz içindən atmısan
Ölüm adlı qorxunu...

Yola salmaq çətindi


Yolu bitən adamı...
Hayqırtıya bürüdüm
İçimdəki duamı...

Saatlar zülüm çəkir


Saniyədən qaçaraq...
Təsəlli təslim olub,
Ümid batır susaraq...

Nə burdasan, nə orda,


Ruhun bədəndən küsür...
Allah göylərə sarı
Nə çox pillələr düzür...

Eşit, qurbanın olum,


Ruhumla yanındayam...
Getmə, qurbanın olum,
Tanrı harayındayam...


(23 mart 2017)

 

Uluyol.info

 


Вернуться назад