Главная > Aktual > Parlament mason lojalarıyla maraqlanır - Gözlənilməz...

Parlament mason lojalarıyla maraqlanır - Gözlənilməz...


22-03-2017, 22:53.

"Masonlar açıq şəkildə dövlətin siyasətinə qarışırlar...”

 

Rusiya Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyasının üzvü Vitali Milonov Baş Prokurorluqdan ölkədəki mason lojalarının fəaliyyətini yoxlamağı tələb edib.

 

Bu haqda lenta.ru saytı yazır.

 

Parlament üzvünün sözlərinə görə, Rusiyada mason lojaları sərbəst fəaliyyət göstərir. Və onlar bu azadlıqdan sui-istifadə etməklə Rusiya qanunvericiliyinə zidd olaraq dövlətin daxili siyasətinə qarşırlar. V.Milonov qeyd edb ki, belə təşkilatların bəzi nümayəndələri hətta ölkənin seçkili vəzifələrinə namizədliklərini verməyə də cəhd edirlər.

 

 

"Sirr deyil ki, Mason ordeni qədim beynəlxalq ictimai-siyasi təşkilatlardan biridir. Açıq söylənilən məlumatlara görə, masonluğun əsas məqsədlərindən biri- Mason ordeninin prinsipləri əsasında Yeni Dünya Düzəninin qurulmasıdır”- deyə hakim partiyanın üzvü olan deputat öz müraciətində bildirib. O qeyd edib ki, mistik ictimai təşkilat olan masonluğun Rusiyada da nümayəndəlik və bölmələri var. Və bu qurumlar demokratik proseslərə müdaxilə etmək niyyətlərini açıq şəkildə bəyan edirlər.


 

 

 

Duma üzvü ona da diqqət çəkib ki, mason təşkilatlarının rəhbərliyi Rusiyadan xaricdə yerləşir:” Əsas mason lojaları Fransa, İngiltərə və ABŞ-da yerləşir. Rusiya masonları isə öz xarici həmkarlarından de-yure asılı vəziyyətdədirlər...”

 

Bundan əlavə, Milonov xatırladıb ki, bir müddət əvvəl Rusiyada mason təşkilatlarının fəaliyyəti qadağan edilir və onlara hakimiyyət tərəfindən ciddi nəzarət olunurdu.(moderator.az)

 


 


Вернуться назад