Главная > Dünya > "Real Madrid" 9 futbolçusunu satışa çıxardı

"Real Madrid" 9 futbolçusunu satışa çıxardı


2-01-2016, 21:34.

 

"Real”ın heyətində köklü dəyişiklik ola bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, "kral klubu”nun prezidenti Florentino Peres mövsümün sonunda bir neçə oyunçunu yola salmağı planlaşdırır.

 

Baş məşqçi Rafael Benitesi ən geci mövsümün sonunda istefaya göndərməyi düşünən Peresin "qara siyahı”sında düz 9 futbolçu var. O, bu oyunçuların gedişi ilə klubun büdcəsinə ən azı 200 milyon avro gəlir qazandırmaq niyyətindədi.

 

Siyahıdakı ən diqqətçəkən adlar Kriştianu Ronaldo və kapitan Serxio Ramosdu. Peres portuqaliyalı superulduzu 60, ispaniyalı müdafiəçini isə 40 milyon avroya transferə çıxaracaq. Həmçinin Kərim Benzema, Toni Kroos, Xese, İsko, Alvaro Arbeloa, Keylor Navas və Denis Çerişevin də yayda "Real”dan getməsi gözlənilir.

 

Madrid təmsilçisi mövsümün sonunda nəyin bahasına olursa-olsun, David De Xea ("Mançester Yunayted”), Robert Levandovski ("Bavariya”) və Eden Azarı ("Çelsi”) heyətinə cəlb etməyə çalışacaq.


Вернуться назад