Главная > Region / Problem > Bakı-Sumqayıt magistral yolu bağlana bilər - Təhlükə böyüyür

Bakı-Sumqayıt magistral yolu bağlana bilər - Təhlükə böyüyür


22-10-2015, 19:49.

ETSN: "Yol tamamən çökə bilər" 

"Bakı Avtovağzalının qarşısında yaranan çökmə ilə əlaqədar Bakı-Sumqayıt magistral yolunun bağlanma ehtimalı var”.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Ə.Piriyevin dediyinə görə, Bakı avtovağzal kompleksində çökmə təhlükəsi hələ də davam edir : "Çökmə dinamikasında aktivlik müşahidə olunur. Çatlarda 40-60 sm-ə qədər genişlənmə var. Hətta magistral yolda da çatlar meydana gəlib ".

Çox təhlükəli bir hal yarandığını vurğulayan Ə Piriyev bildirib ki, istinad divarı avtovağzal kompleksinə kimi 70 sm-ə qədər sürüşüb :  "İstinad divarının arxasında sürüşmə davam edir. Müəyyən tədbirlər görülür. Ancaq qarşısı alına bilməsə, müvəqqəti ya uzun müddətlik yolun bağlanma ehtimalı var. Yol tamamən çökə də bilər. Hər şey ola bilər”.

 

 

  LENT.AZ

 



Вернуться назад