Главная > İdman > Azərbaycan-Almaniya matçını italiyalılara tapşırdılar

Azərbaycan-Almaniya matçını italiyalılara tapşırdılar


21-03-2017, 22:03.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçiriləcək Azərbaycan-Almaniya matçının hakimləri müəyyən edilib.

Qarşılaşmanı başda Daniele Orsato olmaqla italiyalı hakimlər briqadası idarə edəcək.

D.Orsatoya yan xətt hakimləri Mauro Tonolini və Rikkardo Di Fiore, həmçinin köməkçi hakim Marko Quida kömək edəcək.

Matç Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.(qaynarinfo)

 


Вернуться назад