Главная > Müsahibə > "Almanların nə adından qorxuruq, nə də "çəki"sindən"

"Almanların nə adından qorxuruq, nə də "çəki"sindən"


21-03-2017, 16:16.

"Almaniya ilə oyun ərəfəsində proqnoz verməyə dəyməz. Rəqibin "çəki”si bəllidi, son dünya çempionuna qarşı oynayacağıq”. Bu sözləri Fanat.Az-a açıqlamasında millinin çalışdırıcısı Mahmud Qurbanov deyib.

 

Qurbanov martın 19-dan bir araya gələn milli üzvlərinin oyuna psixoloji cəhətdən hazır olacağını vurğulayıb: "Bu komandaya qarşı mübarizə aparmaq futbolçular üçün imic məsələsidi. Belə matçlara köklənmək asandı. Futbolçularımız bilir ki, görüşə maraq böyükdü. Psixoloji cəhətdən oyuna hazır olacaqlar”.

 

Robert Prosineçkinin köməkçisi almanlardan qorxmadıqlarını açıqlayıb: "İtiriləcək bir şey yoxdu. Oyunun favoriti Almaniyadı. Əminəm ki, qonaq komandaya asan olmayacaq. Sonadək mübarizə aparacağıq. Almanların nə adından qorxuruq, nə də "çəki”sindən”.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Almaniya oyunu martın 26-da "Tofiq Bəhramov”da keçiriləcək.

 


Вернуться назад