Главная > Islam > Qafqaz müsəlmanlarının III şeyxülislamına məxsus 250 yaşlı iki Quran kitabı tapılıb
Qafqaz müsəlmanlarının III şeyxülislamına məxsus 250 yaşlı iki Quran kitabı tapılıb21-03-2017, 20:31. |
Bu günlərdə Qafqaz müsəlmanlarının III şeyxülislamına məxsus 250 ildən artıq yaşı olan iki Qurani-Kərim kitabı Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasına hədiyyə edilib. "Report”un Aran bürosu xəbər verir ki, Şeyx Əhməd
Salyaniyə məxsus olan bu kitablar kitabxananaın xüsusi şöbəsində qorunaraq
saxlanılır. Şeyx Əhməd Salyaniyə məxsus Quran kitablarının hər ikisi xəttatlar tərəfindən əllə yazılıb. Deyilənlərə görə, Şeyx Əhməd Salyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitablar isə 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağır ağa Ağazadə tərəfindən ələ keçməməsi üçün torpağa basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb. 1812-ci ildə Salyanda doğulub, 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III şeyxülislamı olan Şeyx Əhməd Salyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.
Вернуться назад |