Главная > Mövqe > "Ərdoğana gec-tez bunu başa salmalıyıq"

"Ərdoğana gec-tez bunu başa salmalıyıq"


19-03-2017, 23:45.

Almaniya və digər ölkələrin nasistlərlə müqayisə edilməsini qəbul edə bilmərik.

Bu sözləri Avropa Parlamentinin sabiq sədri, Almaniya Sosial Demokrat Partiyasının sədri Martin Şults Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana xitabən deyib.

"Kim insanları bir-birilə münaqişəyə sövq edirsə, ona "dayan” deməliyik. Bu səbəbdən cənab Ərdoğana da bunu açıq şəkildə deməyə davam edəcəyəm. Tutduğu strategiyanın gec, ya tez yanlış olduğunu bildirməliyik. Türkiyə on ildir ki, əvvəllər heç olmadığı qədər qütbləşib. Bu durumda edəcəyimiz tək şey insanları yenidən bir araya gətirmək və birləşdirməkdir. Bir prezidentin əsil vəzifəsi budur. Əslində özünə (Ərdoğana) və Ankaraya göndərəcəyimiz mesaj bu olmalıdır”, - Şults bildirib.

Qeyd edək ki, Ərdoğan türk nazirlərin referendum təşviqatına icazə verməyən Hollandiya və Almaniya hökumətlərini nasistlərlə müqayisə etmişdi.(axar.az)

 


Вернуться назад