Главная > Mövqe > Holland nazir: Türklər bunu eləsə biz məhv olarıq

Holland nazir: Türklər bunu eləsə biz məhv olarıq


19-03-2017, 09:12.

Niderlandın maliyyə naziri Türkiyə barədə səsləndirdiyi iddia ilə ölkəsini çətin günlər gözlədiyini etiraf edib.

Nazir Yerun Diysselbelom ldirib ki, İstanbulun 3-cü aeroportunun işə düşməsi Niderlandın milyardlarla avro itkisinə səbəb olacaq.

"Amsterdam hava limanı illik 55 milyon sərnişin qarşılayıb yola salamaq gücünə sahibdir. İstanbulda açılacaq 3-cü hava limanının bizə 25%-dən çox mənfi təsiri ola bilər. Bu isə öz növbəsində Niderland iqtisadiyyatı üçün riskli bir haldır. Bəlkə də milyardlarla avro əlimizdən çıxıb uçacaq." - deyə nazir Diysselbelom iştirak etdiyi televiziya proqramında bildirib.

Xatırladaq ki, Hollandiya hökuməti Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun mindiyi təyyarənin eniş iznini və nazirin keçirəcəyi tədbiri ləğv etmişdi. Bundan başqa Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın olduğu avtomobil Rotterdam polisi tərəfindən 7 saat dayandırılmış və nazirin maşından düşərək Türkiyə konsulluğuna getməsinə izn verilməmişdi. Bu hadisələr Türkiyə ilə Hollandiya arasında diplomatik qalmaqala səbəb olub.(missiya.az)

 


Вернуться назад