Главная > Aktual > Azan yasağına ərəblərdən 73 metrlik cavab

Azan yasağına ərəblərdən 73 metrlik cavab


19-03-2017, 00:56.

İsraildə azanın müəyyən saatlarda səsucaldanla oxunmasına qoyulan qadağa ilə bağlı dəyişiklər icra edilməyə başlarkən, Qüdsün İsaviyyə bölgəsində 73 metr yüksəkliyində olan minarə inşa edilib.

Açılışına yüzlərlə fələstinlinin qatıldığı minarə Qüdsün ən yüksək minarəsi hesab olunur. Məlumata görə, minarə İsaviyyə sakinləri və İsraildə yaşayan ərəblərin köməyi ilə inşa edilib.

Onlar bildirib ki, Azana ediləcək hər hansı bir müdaxilə dini münaqişələrə səbəb ola bilər.

Xatırladaq ki, İsraildə azanın 23:00-dan 07:00-a kimi səsucaldanla oxunmasının qadağan edilməsinə dair qanun layihəsi Knessetdə keçirilən ilk səsvermədə 55 səslə qəbul edilib.

Layihənin qanunlaşması və həyata keçirilməsi üçün isə Knessetdə daha iki iclasın keçirilməsi nəzərdə tutulub.(axar.az)

 



Вернуться назад