İranlı zəvvarlar cari ilin Həcc mövsümündə Səudiyyə Ərəbistanına
səfər edəcəklər.
APA-nın Tehran bürosunun məlumatına
görə, bu barədə İranın Həcc və Ziyarət Təşkilatı açıqlama verib.
Açıqlamada bildirilir: "İran xalqının diqqətinə çatdırırıq ki, cari ildə Həcc
ziyarəti barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ilə aparılan danışıqların
ardınca və onlardan istədiklərimizin yerinə yetirilməsinə əmin olduqdan sonra
ali lider, İslam Respublikası məsul şəxsləri və İran xalqının istəyinə uyğun
olaraq ölkəmizdən olan zəvvarların təhlükəsizliyinə, izzət və hörmətlərinin
qorunmasına təminat verilir. Əldə olunan razılığa əsasən konsulluq, tibbi
yardım və digər ehtiyac olan xidmətlərin göstərilməsi nəzərdə tutulur. Allahın
lütfü ilə cari ilin Həcc mövsümündə 85 min nəfərin Həcc ziyarətini yerinə
yetirməsi üçün şərait yaranıb. Təbiidir ki, aparılan danışıqlarda müxtəlif məsələlər,
o cümlədən Mina faciəsində şəhid olanlar, Məscidul-Haram hadisəsində şəhid
olanlar haqqında danışılıb və ilk fürsətdə keçiriləcək mətbuat konfransında ona
dair açıqlamalar veriləcək”.
Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı
yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi
qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib.
Вернуться назад
|