Главная > Ölkə / Region > Neftçala Elektrik Şəbəkəsi abonentləri ölümlə üz-üzə buraxıb (FOTOLAR)

Neftçala Elektrik Şəbəkəsi abonentləri ölümlə üz-üzə buraxıb (FOTOLAR)


2-01-2016, 20:15.
 

Neftçala rayonda elektrik təhcizatında yaranan özbaşnalıqlarla bağlı mətbuatdan məlumatlıyıq. Rayon elektrik təhcizatının qışa nə qədər hazır olmasına ULUYOL.İNFO xəbər portalı olaraq aydınlıq gətirməyə çalışacayıq.

Uzun illər dəyişdirilməyən elektrik naqilləri təhlükəli vəziyyətdədir.Qısa-qapanmalardan,küləyin gücündən,ya da elə qəzalar üzündən qırılan naqillər yenidən birləşdirilib.Yəni ,elektrik naqili dəyişdirilməyib.Qırıq olan hissələri isə yüksək cərəyan daşıdığından qığılcımlar yaranır.Kənd yerlərində elektik naqilinə qənaət olsun deyə həyətlərdən çəkilən xətlər təhlükə mənbəyi olaraq qalır.Əslində elektrik naqilləri həyətyanı sahələr üzərindən aparılmamalı,zərurət yaranacağı halda izalyasiya olunmuş halda olmalıdır.Ağaclara dəyən yüksək cərayanın yağış yağacağı halda təsəvvür edin...

  Elektrik dirəkləridə acınacaqlı vəziyyətdədi.Uzun illərin hava şərairti ağacdan olan dirəkləri çürüdüb,turbaların vəziyyəti isə şəkillərdən aydın görsənir.Rastlaşdığımız dəhşət isə turba dirəklərin bəziləri su arxalarının içərisində olmasıdı.Hər an aşma təhlükəsində olan dirəklərin bu qışın küləyinə davam gətirəcəyi artıq sual altındadı.

 Transformatorlar isə yanıb,yenidən təmir olunub.Beləcə bir transformator azından 10-15 dəfə təmir olunub.Bir qədər külək əsdimi, artıq işığın keçəcəyin bilib,lampa,şam tədarükü görürlər.Xüsuslə transformatorların evlərdən kənarda yerləşdirilməlidir,amma Neftçala rayonunda transformatorların evlərin yaxınlığında yerləşməsi qəribə haldır.Şəkildən göründüyü kimi transformatorun içində alaq bitib.Nə qədər "baxımlı" olduğun göstərir.

Bir neçə il öncə Neftçala Elektrik şəbəkəsindən gələn şəxslər abonentləri sayğaclarda plombun olmaması səbəbindən cərimələyiblər.Xatırladım ki,sayğaclarda plomb olmayıb,yəni quraşdırldığı gündən plomb olmayıb ,əgər burda qanunsuzluq varsa sakinlər yox,bu işdə məsul olan şəxslər məsuliyyətlidir.Cərimələr isə 200-800 manat civarında olmuşdur.Hal-hazırdada sakinlər borclarını qurtara bilməyiblər.

Ötən il təbi fəlakət nəticəsində,güclü qar yağıntıları zamanı Rayon 11 gün işıqsız qalmışdır.Rayon sakinlərinin köməkliyi ilə problem aradan qalxmışdır.

Neftçala Elektrik şəbəkəsinin müduri Vurğun Şirəliyev müraciətlərə,şikayətlərə məhəl qoymur.Şikayətçilərlə kobud şəkildə davranır.Ona bu arxayınçılığı verən qardaşıdır.Qardaşı Şirəliyev İsgəndər Kompleks Qazma İşləri Trestinin rəisdir.Vurğun Şirəliyev Nefçala rayonunda öz vəzifələrin layiqincə yerinə yetirib,vətəndaşlara xidmət etməkdənsə,başı əkinçiliyə qarışıb.Xatırladım ki,Neftçala rayonun ərazisində Vurğun Şirəliyev hektarlarla torpaq sahəsi var.

Elektrikin oğurlanması faktıda bu rayonda hər zaman olmuşdur. Danışıq aparılır,müəyyən miqdar müqabilində,abonent sayğacla deyil,sərbəst şəkildə elektrikdən istifadə edir.Buda birbaşa dövlət büdcəsindən oğurluqdur.Necə ki,işlətdiyimiz elektrik müqabilində ödədiyimiz pullar vasitəsilə dövlət büdcəsi formalaşır.


P.S. İşıqlandırdığımız mövzu uzun illər müşahidə etdiyim mənzərədir.Şəkilləridə kəndimizdən və qonşu kəndlərdən çəkilib. Bayram günləri olmasına baxmayaraq elektrik fasilələrlə verilir. Səbəbdə havanın bir az küləkli olmasıdır.




 

ULUYOL.İNFO

Saday FƏRƏCOV



Вернуться назад