Главная > İdman > "Beşiktaş"dan böyük hesablı qələbə

"Beşiktaş"dan böyük hesablı qələbə


17-03-2017, 00:09.

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

Türkiyənin təmsilçisi "Beşiktaş” doğma meydanda "Olimpiakos”u qəbul edib.

 

Oyuna ev sahibi komandası fəal başlayıb. Oyunun 10-cu dəqiqəsində V. Abubakar fərqlənib - 1:0. 12 dəqiqə sonra "Beşiktaş" R. Babelin qolu ilə fərqi 2 topa yüksəldib - 2:0. Birinci hissənin 31-ci dəqiqəsində qonaq komanda "Olimpiakos” T. Elyunusinin qolu ilə fərqi 1 topa endirib - 2:1. Oyunun 39-cu dəqiqəsində ev sahibi komandasının oyunçusu V. Abubakar qırmızı kart alaraq meydandan qovulub.

 

İkinci hissəyədə ev sahibi komadası fəal başlayaraq 75-ci dəqiqədə R. Babelin qolu ilə fərqi yenidən 2 topa qaldırıb - 3:1. Cəmi 9 dəqiqə sonra meydana yeni daxil olan ev sahibinin oyunçusu C. Tosun fərqlənərək komandasının 4-cü qolunu vurub - 4:1.

 

Beləliklə, oyun 4:1 hesabı ilə başa çatıb.(trend)

 


Вернуться назад