Главная > Dünya > ABŞ kəşfiyyatına başçı təyin edildi

ABŞ kəşfiyyatına başçı təyin edildi


16-03-2017, 22:02.

ABŞ Senatı martın 15-də prezident Donald Trampın təqdimatına baxaraq Den Koutsu Milli Kəşfiyyatın direktoru postuna təsdiqləyib.

Novator.az-ın məlumatına görə, Den Koutsun 73 yaşı var. Konqresin Nümayəndələr Palatasının və Senatın üzvü olub, ABŞ-ın Almaniyadakı səfiri postunda çalışıb.

Milli Kəşfiyyatın direktoru 17 xüsusi xidmət orqanının fəaliyyətini əlaqələndirir.

İndiyədək Donald Trampın bu nazirləri Senatdan xeyir-dua alıb: Reks Tillerson – dövlət katibi (xarici işlər naziri), Ceyms Mettis – müdafiə naziri, Con Kelli – daxili təhlükəsizlik naziri, Ceff Seşns – ədliyyə naziri (baş prokuror), Betsi Devos – təhsil naziri, Eleyn Lan Çao – nəqliyyat naziri, Tomas Prays – səhiyyə və sosial xidmətlər naziri, Stiven Mnuçin – maliyyə naziri, Devid Şulkin – veteranlarla iş naziri, Uilbur Ross – ticarət naziri, Rayan Zinke – daxili işlər naziri, Rik Perri – energetika naziri.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli, Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeo, Kiçik Biznes Administrasiyasının rəhbəri Linda Makmen, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi Skott Prüitt, İnzibati-Büdcə İdarəsinin direktoru Mik Malvani Senatın təsdiqindən keçiblər.

Kənd təsərrüfatı naziri postuna Sonni Perdyu, tikinti və şəhər inkişafı naziri postuna Ben Karson, əmək naziri postuna Aleksandr Akosta namizəddir.

Ticarət Nümayəndəlikləri Ofisinin rəhbəri vəzifəsinə Robert Laytizer namizəd göstərilib.

 


Вернуться назад