Главная > Ümumi > Klinton Nyu-Yorkun meri postuna namizədliyini irəli sürə bilər

Klinton Nyu-Yorkun meri postuna namizədliyini irəli sürə bilər


16-03-2017, 11:06.

ABŞ-ın prezident seçkilərində Donald Trampa məğlub olan sabiq dövlət katibi Hillari Klinton namizədliyini Nyu-York şəhərinin meri vəzifəsinə irəli sürmək imkanlarını nəzərdən keçirir.

Bu barədə TMZ nəşri məlumat yayıb.

Onun mənbələrinin məlumatına görə, Klinton ötən ay Nyu-Yorkda siyasi dairələrin nümayəndələri ilə baş tutan xüsusi görüşdə ABŞ-ın ən böyük şəhərinin meri postuna namizədliyini verə biləcəyini istisna etməyib.

ABŞ-ın sabiq dövlət katibi əvvəllər Nyu-York ştatından senator kimi işləyib.

 


Вернуться назад