"Biz hamımız sülh istəyirik.
Sülh qaydaların bütün insanlara tətbiq olunduğu yeganə yoldur”.
APA-nın xəbərinə görə, bu sözləri V Qlobal Bakı Forumuna qatılan Bolqarıstanın
sabiq prezidenti Rosen Plevneliyev deyib.
R. Plevneliyev bildirib ki, sülh sərhədlərə hörmətlə yanaşmağın yeganə yoludur:
"Azərbaycanın öz ərazisi var. Azərbaycanın öz suveren ərazilərini idarə etmək
hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartlar problemini
vurğulamaq haqqı var. Ermənistan beynəlхalq hüquq normalarını yerinə yetirməlidir.
Biz Ermənistanı öz torpaqlarına geri qayıtmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrini
yerinə yetirməyə çağırırıq. Hər kəs, o cümlədən Ermənistan Təhlükəsizlik
Şurasının qətnamələrini yerinə yetirməlidir”.
Bakı Forumun əhəmiyyətindən danışan R. Plevneliyev qeyd edib ki, burada məşhur
siyasətçilər tərəfindən çoxsaylı ideyalar səslənir: "Bakı son dərəcə vacib
rol oynayır. Biz münaqişələrin həllini istəyirik, tolerantlıq, sülh görmək istəyirik.
Bakı bu baxımdan fikir mübadiləsi aparmaq üçün mükəmməl məkandır".
Вернуться назад
|