Главная > GÜNDƏM > “Türkiyə və Ermənistan arasında vasitəçi olmağa hazırıq” – Sergey Lavrov

“Türkiyə və Ermənistan arasında vasitəçi olmağa hazırıq” – Sergey Lavrov


16-03-2017, 16:30.

Rusiya xarici işlət naziri Sergey Lavrov Moskvanın Ermənistan və Türkiyə arasında münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

Avropa.info xəbər verir ki, o, bu barədə Ermənistanın "Regional Post – Caucasus” jurnalına müsahibəsində bildirib.

"İrəvan və Ankara nə vaxt danışıqlar masasına oturacaq, Rusiya onlara ən fəal köməyi göstərməyə hazır olacaq”.

Lavrov deyib ki, Türkiyə-Ermənistan sərhədi açılsaydı, Rusiya bu addımı alqışlardı.

"Təbii ki, Avrasiya İqtisadi İttifaqı məkanının Türkiyə-Ermənistan hissəsinin insanları, mal və xidmətlərin gediş-gəlişi üçün açılmasını biz yalnız alqışlardıq” – Lavrov belə deyib.

Rus nazirin sözlərinə görə, belə addımlar bütövlükdə regionun vəziyyətinə müsbət təsir edəcək.

 


Вернуться назад