Главная > Türk Dünyası / Mədəniyyət > Alim Qasımovun Tehran konserti etiraz doğurdu: “Özünü pula satdı…” – FOTOLAR

Alim Qasımovun Tehran konserti etiraz doğurdu: “Özünü pula satdı…” – FOTOLAR


15-03-2017, 22:25.

Zaman-zaman İranda konsertlər vermiş Azərbaycanın Xalq artisti, görkəmli muğam ustası Alim Qasımovun qonşu ölkədə sonuncu konserti birmənalı qarşılanmayıb. Belə ki, İranda yaşayan azərbaycanlılar Alim Qasımovu Tehranda ortaq konsert verməyə dəvət edən şəxsin onun səviyyəsində olmadığını bildirərək, israrlı şəkildə ustadı bu konsertdən imtina etməyə çağırıblar.

Məsələ ilə bağlı Moderator.azsaytına məlumat verən güney azərbaycanlılar Alim Qasımovun martın 9-10-da Tehranda Homay Pərvaz adlı şəxslə birgə konsert verməsindən böyük üzüntü keçirdiklərini bildiriblər.

Alim Qasımovun sözügedən konsertinə etiraz edən soydaşlarımızın fikirlərini olduğu kimi çatdırırıq:

"İranda bir oxuyan var – Homay Pərvaz. Təsəvvür edin ki, onun Amerikada güclü sponsorları var. Amma sənət səviyyəsi çox asağıdır. Biz afişalarda onun Ali Qasımovla birlikdə konsert verəcəyini oxuyanda, inanmadıq. Təsəvvür edin ki, bu Arif Babayevlə Üzeyir Mehdizadənin birgə konsert verməsi kimi bir şeydir”.

"Afişada yazmışdılar ki, "İki divanənin cəncəli”. Hər ikisini eyniləşdirmişdilər. İranda bu məsələ bir anda partladı. Hamı sosial şəbəkələrdə yazdı ki, "Alim müəllim sizə yalvarırıq, bu işi görməyin, bu konsertə gəlməyin. Azərbaycan musiqisini bu cür düşürməyin”.

Hətta farslar belə neçə gündür yazırlar ki, "Hər kəs ki, səhər yuxudan tez qalxsa, Alim Qasımov onunla oxuyar. Yazırlar ki, Alim Qasımov özünü pula satdı. Bizə deyirlər ki, sizin ustadınız pula yox demir, hər kəslə oxuyur. Hətta Amerikadan yazıblar ki, "iki divanənin yox, bir təlxəklə bir divanənin konserti”.

"Homay Pərvaz keçirdiyi mətbuat konfransında deyir ki, muğam farslarındır, azərilər onu öz ləhcələrində oxuyurlar. Bu adam balabana "duduk” deyir. Eynilə, ermənilər kimi. Bəlkə də savadsızlığından irəli gəlir”.

"Bəlkə də Azərbaycanın gözəl sənətkarının onunla eyni olmayan birisi ilə konsertini keçirməklə Azərbaycan musiqisinə, Azərbaycan sənətkarına zərbə vurmaq niyyəti də olub. Amma təəssüf ki, bizlərin çağırışları eşidilmədi”.

 

uluyol.info
Вернуться назад