Главная > İdman > ÇL-də 1/8 finalın növbəti cavab matçları oynanılıb -NƏTİCƏLƏR
ÇL-də 1/8 finalın növbəti cavab matçları oynanılıb -NƏTİCƏLƏR15-03-2017, 08:34. |
Çempionlar Liqasında 1/8 finalın daha iki görüşündə cavab matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar İtaliya və İngiltərədə baş tutub. İlk görüşdə səfərdə "Porto”nu məğlub etmiş "Yuventus” növbəti oyunda da qələbəyə sevinib. Turində keçirilmiş oyunda meydan sahibləri minimalhesablı qələbəyə seviniblər. Dibalanın ilk hissənin sonlarında penaltidən vurduğu qol matçda yeganə olub. Azlıqda qalan "Porto"nun ümumilikdə 3:0 hesabını dəyişməyə gücü çatmayıb. Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin
mübarizə vəd edirdi. İngiltərə çempionu "Lester” İspaniyada məğlub olduğu
"Sevilya”nı doğma meydanda büdrətməli idi. Bu işdə ingilislərə səfərdə vurulan
qol da kömək ola bilərdi. Hadisələr isə plana uyğun gedib. Premyer Liqadakı
uğursuzluqlardan sonra Klaudio Ranyeri ilə yolları ayıran "tülkülər"
Avropanın ən nüfuzlu klub turnirində yoluna davam etməyə nail olub. Rəqibinin
qapısından iki cavabsız top keçirən komanda adını növbəti mərhələyə yazdırıb.
Вернуться назад |