Главная > İdman > Azərbaycan çempionatı: "Neftçi" "Qəbələ"ni məğlub edib
Azərbaycan çempionatı: "Neftçi" "Qəbələ"ni məğlub edib14-03-2017, 23:12. |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulub. "Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilmiş turun mərkəzi görüşünün taleyini bir qol həll edib. 39-cu dəqiqədə Namiq Ələsgərov dəqiq zərbə ilə "Neftçi"yə qələbə qazandırıb - 1:0. Beləliklə, turun bütün qarşılaşmaları meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə yekunlaşıb. Bunadək "Kəpəz" "Zirə"ni, "İnter" "Sumqayıt"ı, "Qarabağ" isə AZAL-ı bir qolla üstələyib. Bu məğlubiyyətdən sonra "Qəbələ" liderliyi əldən verib. Əvəzində "Qarabağ" 48 xala 1-ci pilləyə yüksəlib və ən yaxın izləyicisini 2 xal geridə qoyub. "Neftçi" isə xallarını 23-ə yüksəldərək, yenidən 6-cı pilləyə qayıdıb. Azərbaycan Premyer Liqası
Вернуться назад |