Главная > Dünya > ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-da fövqəladə vəziyyət elan edildi


14-03-2017, 22:34.

ABŞ-da yaşanan güclü qar çovğunu səbəbindən Nyu York, Pensilvaniya, Nyu Cersi, Konnektikut və Marilənd ştatlarında fövqəladə vəziyyət elan edilib.

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, sözügedən ştatların bütün məktəblərində tətil elan edilib.

Bundan əlavə, 7 min 800-ə yaxın təyyarə reysinin də təxirə salındığı bildirilib.

Qeyd edək ki, mütəxəssislər çovğunun daha bir neçə gün davam edəcəyini bildirib.

 


Вернуться назад